Azərbaycan çempionu avrokuboka məğlubiyyətlə başlayıb

Azərbaycan çempionu avrokuboka məğlubiyyətlə başlayıb
# 05 oktyabr 2019 20:52 (UTC +04:00)

Kişi həndbolçular arasında Azərbaycan çempionu “Məhsul” avrokuboklarda mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, “Challenge Cup”da çıxış edən Bakı klubu II mərhələnin ilk oyununu keçirib.

Azərbaycan təmsilçisi Norveçdə “Drammen” klubu ilə görüşüb. Matçdan öncə bir müddət əvvəl dünyasını dəyişən “Məhsul” və Azərbaycan millisinin sabiq baş məşqçisi Hikmət Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Komandanı meydana baş məşqçinin ölümündən sonra onu əvəzləyən Rəşad Hüseynov çıxarıb. Çexiyalı Premisl Fukalanın idarə etdiyi matç meydan sahiblərinin üstünlüyü ilə keçib. İlk hissəni 21:9 hesabı ilə öndə bitirən norveçlilər 38:16 hesabı ilə qalib gəlib. “Məhsul”da Sergey Dubovik 5, Üzeyir Səlimov və Kamran Məmmədov hərəyə 3 qol vurublar. Digər toplara Aleksandr Serqunin, Sabir Nəzərəliyev, İslam Slemanov, Ramazan Muradov və Hüseyn Aydəmirov imza atıblar.

Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək. “Məhsul”un nominal meydan sahibi olduğu görüş də qarşılıqlı razılıqla Drammen şəhərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR