Azərbaycan çempionunun avrokubok matçı 1 dəqiqəlik sükutla başlayacaq

Azərbaycan çempionunun avrokubok matçı 1 dəqiqəlik sükutla başlayacaq
# 02 oktyabr 2019 10:01 (UTC +04:00)

Kişi həndbolçular arasında Azərbaycan çempionu “Məhsul” “Challenge Cup”da mübarizəyə başlayacaq.

APA-nın məlumatına görə, Bakı təmsilçisi Norveçin “Drammen” klubu ilə qarşılaşacaq.

Oktyabrın 5-də və 6-da keçiriləcək hər iki matç Norveçin Drammen şəhərində baş tutacaq. “Drammenşallen”də təşkil olunacaq ilk avrokubok oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (EHF) qəbul edib. Qurum Azərbaycan millisinin və “Məhsul”un sentyabrın 27-də dünyasını dəyişən baş məşqçisi Hikmət Abdullayevin xatirəsinin yad olunmasını məqsədəuyğun sayıb. H.Abdullayevin yaxınlarına başsağlığı verən EHF Norveçdəki oyundan öncə onun xatirəsinə bir dəqiqəlik sükutun olmasına qərar verib.

Qeyd edək ki, 1999-cu ildən kişilərdən ibarət Azərbaycan yığmasına rəhbərlik edən mütəxəssis 63 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR