Azərbaycan klublarının avrokuboklardakı rəqibləri müəyyənləşib

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri müəyyənləşib
# 16 iyul 2019 14:14 (UTC +04:00)

Həndbol üzrə klub səviyyəli klub turnirlərinin püşkatma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə kişi və qadın həndbolçular arasında “Challenge Cup”, həmçinin EHF kubokunun ilk mərhələsinin cütləri bilinib.

Azərbaycanı avrokuboklarda iki komanda təmsil edəcək. Bunlar kişilərdən ibarət “Məhsul” və qadınlardan ibarət “Azəryol” klublarıdır.

Püşkatmada təmsilçilərimizin də rəqibləri məlum olub. EHF kubokunda debüt edəcək “Azəryol” I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Komandamız sentyabrın 7-8-də və 14-15-də keçiriləcək bu raundda Ukraynanın “Qaliçanka” klubu ilə üz-üzə gələcək. İlk görüş Lvovda baş tutmalıdır.

Ölkəmizin “Məhsul” klubu isə “Challenge Cup”da qüvvəsini sınayacaq. Təmsilçimiz 1/32 finaldan mübarizəyə başlayacaq. Komandamızın rəqibi Norveçin “Drammen” klubu olacaq. Raundun ilk görüşləri oktyabrın 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək. Təmsilçimiz ilk görüşü səfərdə keçirməlidir.

Qeyd edək ki, həndbol yarışlarında sonradan hər iki komandanın razılığı ilə oyunların eyni şəhərdə keçirilməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR