Azərbaycan milli komandası Bolqarıstan və Rusiya ilə yoxlama matçı keçirəcək

Azərbaycan milli komandası Bolqarıstan və Rusiya ilə yoxlama matçı keçirəcək
# 11 iyul 2019 12:44 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ölkə xaricində təlim-məşq toplanışı keçəcək.

APA-nın məlumatına görə, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb.

Covanni Kapraranın yetirmələri daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır.

Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.

Qeyd edək ki, voleybolçularımız Təsnifat Turnirində ev sahibləri ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq. Qarşılaşmalar avqustun 1-3-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR