Azərbaycan millisi Avropa çempionatında 1/8 finala qrup ikincisi kimi yüksəlib

Azərbaycan millisi Avropa çempionatında 1/8 finala qrup ikincisi kimi yüksəlib
# 29 avqust 2019 18:47 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyunu keçirib.

APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda milli Rumıniyanı sınağa çəkib.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri beşinci görüşdə 4-cü qələbələrini qazanıblar.

Hər 3 hissə komandamızın üstünlüyü ilə keçib. İlk seti 10 top irəlidə bitirən voleybolçularımız növbəti hissəni 25:14 hesabı ilə aktivinə yazıb. Ardınca rəqib oyunda dönüş yaratmağa çalışıb. Lakin milli bu dəfə də 25:21 hesablı qələbəyə sevinib və rəqibini ümumi hesabda 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, aktivindəki xallarının sayını 10-a çatdıran komanda 1/8 finala qrup ikincisi kimi yüksəlib. Voleybolçularımızın rəqibi A qrupunun oyunları bitdikdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsi sentyabrın 1-də keçiriləcək.

Avropa çempionatı
C qrupu
29 avqust
17:30. Rumıniya - Azərbaycan - 0:3 (15:25, 14:25, 21:25)
Hakimlər:
Mixail Temelis (Yunanıstan), Vlatko Ristovski (Makedoniya)
Budapeşt. Lasso Pappa adına İdman Arenası

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

4

4

0

12-0

300-206

12

2

Azərbaycan

5

4

1

12-7

426-388

10

2

Xorvatiya

5

3

2

11-8

443-422

10

4

Rumıniya

5

2

3

7-11

386-437

6

5

Macarıstan

4

1

3

4-9

303-304

3

6

Estoniya

5

0

5

4-15

360-461

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR