Azərbaycan millisi Bakıda İspaniyaya məğlub olub

Azərbaycan millisi Bakıda İspaniyaya məğlub olub
# 29 may 2019 21:19 (UTC +04:00)

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II tura start verilib.

ONA-nın məlumatına görə, C qrupunda yer alan Azərbaycan millisi tur çərçivəsində İspaniya yığmasını qəbul edib.

Görüş komandamız üçün uğurlu alınmayıb. İspanlar Covanni Kapraranın rəhbəlik etdiyi millimizi 3:0 hesabı ilə məğlub ediblər. Bu komandamızın mövsümdə ikinci məğlubiyyəti olub.

Voelybolçularımız növbəti turda evdə Finlandiya ilə üz-üzə gələcək. Matç iyunun 2-də olacaq.

Qızıl Avropa Liqası
C qrupu
Azərbaycan - İspaniya - 0:3 (21:25, 24:26, 14:25)

Hakimlər: Matias Evald (Almaniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

N

Ölkə

O

Q

M

S

T

X

1

İspaniya

2

2

0

6-1

172-141

6

2

Belarus

2

2

0

6-2

191-152

5

3

Azərbaycan

2

0

2

2-6

152-192

1

4

Finlandiya

2

0

2

1-6

141-171

0

Qeyd edək ki, qrupumuzun digər görüşündə Belarus Finlandiyanı 3:0 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR