Azərbaycan millisi FİBA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİBA reytinqində mövqeyini qoruyub
  • Clock-gray 14:19
  • calendar-gray 19 Sentyabr 2019

FİBA kişi basketbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, cədvəldə 164 yığma yer alıb.

Yeni başa çatan dünya çempionatı siyahıda bir sıra dəyişikliklərə səbəb olub. Yalnız 13 komandanın mövqeyi dəyişməz qalıb.

Azərbaycan millisi də bu yığmalardan biridir. Hesabında 91,2 xal olan komandamız dünyanın 103-cüsüdür. Basketbolçularımız Avropa zonasında 45-ci pillədə yer alıb.

Azərbaycan yığması mövqeyini qorusa da, 4 komandanı - Tailand, Əlcəzair, Honkonq və Bermud adalarını keçib. Əvəzində İrlandiya, Qayana, Honduras və Səudiyyə Ərəbistanı artıq millimizdən öndədir.

Qeyd edək ki, reytinq cədvəlinin lideri ABŞ yığmasıdır – 786,4. İspaniya 731,5 xalla ikinci, Avstraliya 673,6 xalla üçüncüdür.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date