Azərbaycan millisi Olimpiya təsnifat turnirinə iki komandayla hazırlaşır

Azərbaycan millisi Olimpiya təsnifat turnirinə iki komandayla hazırlaşır
# 24 iyun 2019 15:38 (UTC +04:00)

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Olimpiya təsnifat mərhələsinin hazırlığına start verib.

APA-nın məlumatına görə, Qızıl Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra bir həftəlik istirahətə buraxılan komanda üzvləri bu gün bir araya gəliblər.

Yığmamız avqustun 1-3-də Braziliyada təşkil olunan 2020-ci ilin Olimpiya Oyunlarına təsnifat turnirinin hazırlıqlarına bu gün baş tutan məşqlə start verib.

Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər idisə, bu dəfə komandamızın liderləri də Voleybol Mərkəzində məşqlərə qoşulublar. Bu üzdən də millimiz iki komanda şəklində məşqləri keçir. Milli komandanın baş məşqçisi Covanni Kaprara Braziliyaya aparacağı heyəti bu iki komanda üzvlərindən formalaşdıracaq.

Qeyd edək ki, millimiz D qrupunda Dominikan Respublikası, Kamerun, Braziliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR