Azərbaycan millisi Qızıl Avropa Liqasını qələbəsiz bitirib

Azərbaycan millisi Qızıl Avropa Liqasını qələbəsiz bitirib
# 15 iyun 2019 18:29 (UTC +04:00)

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start verilib.

APA-nın məlumatına görə, VI turun ilk görüşü Finlandiya və Azərbaycan arasında keçirilib.

C qrupunda yer alan komandamız axırıncı matçında da qələbə qazana bilməyib. İtaliyalı Covanni Kapraranın rəhbərliyi altında çıxış edən millimiz altıncı oyununu da məğlubiyyətlə başa vurub.

Mikkelidə baş tutan qarşılaşmada Finlandiya 3:2 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 0:2 hesabı ilə geri düşdükdən sonra matçda status-kvonu bərpa etsə də, bundan artığına gücü çatmayıb. Qələbə qazanan rəqib qrupu üçüncü yerdə başa vurub. Komandamız isə mövsümə sonuncu yerdə vida edib.

Qeyd edək ki, qrupumuzun digər oyununda İspaniya Belarusla üz-üzə gələcək. İkincilər 1 xal qazanacaqları halda "Dördlər finalı"na yüksələcəklər.

Qızıl Avropa Liqası
C qrupu
15 iyun
VI tur
Finlandiya - Azərbaycan - 3:2 (25:19, 29:27, 27:29, 19:25, 15:13)
Hakimlər:
Andrius Qarqasas (Litva), Ari Yokelaynen (Finlandiya)
Mikkeli, Şəhər Stadionunun zalı

N

Ölkə

O

Q

M

S

T

X

1

Belarus

5

5

0

15-4

472-376

14

2

İspaniya

5

4

1

13-5

417-385

12

3

Finlandiya

6

2

4

8-15

492-537

5

4

Azərbaycan

6

0

6

6-18

505-589

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR