Azərbaycan millisi reytinq cədvəlində Xorvatiya və Macarıstanı qabaqlayıb

Azərbaycan millisi reytinq cədvəlində Xorvatiya və Macarıstanı qabaqlayıb
# 30 sentyabr 2019 14:18 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların reytinq siyahısı açıqlayıb.

APA-nın məlumatına görə, yeni cədvəl Azərbaycan yığması üçün uğurlu alınıb.

Fərid Cəlalovun yetirmələri Avropa çempionatının yekununa əsasən açıqlanan siyahıda 4 pillə irəliləyiblər. Qitə birinciliyinin seçmə mərhələsində qrupda ikinci olan və mərhələ adlaya bilməyən milli 29-cu yerə yüksəlib. Voleybolçularımız Moldova, Xorvatiya, Norveç və Macarıstan yığmalarını arxada qoyub.

Komandamız aktivindəki xalı isə 110-a çatdırıb ki, bunun da 50-si məhz Avropa çempionatındakı oyunlara əsasən qazanılıb.

Siyahıya əvvəlki kimi, Serbiya yığması başçılıq edir. Üçüncü dəfə Avropa çempionu titulunu qazanan balkanlılar aktivlərinə 100 xal yazdırmaqla, ilk pillədəki yerlərini möhkəmlədiblər. Onlar 292 reytinq xalına sahibdirlər. AÇ-2019-un gümüş medalçısı Sloveniya 7-ci (265 xal), bürünc mükafatçısı Polşa 3-cü (270) yerə qalxıb. İkinci pillədə isə 282 xalla Rusiya yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR