Azərbaycan millisi Sloveniyaya qalib gəlib - FOTOSESSİYA

Azərbaycan millisi Sloveniyaya qalib gəlib - FOTOSESSİYA
# 19 avqust 2019 09:48 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

APA-nın məlumatına görə, Sloveniyada Avropa çempionatına hazırlaşan komandamız yerli yığma ilə üz-üzə gəlib.

Görüş Covanni Kapraranın yetirmələrinin qələbəsi ilə başa çatıb. Millimiz rəqibini 3:0 (25:22, 25:19, 25:20) hesabı ilə məğlub edib.

Daha bir sınaq matçı keçirməyi planlaşdıran voleybolçularımız avqustun 21-də Avropa çempionatı üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqlar.

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR