Azərbaycan millisinin hücumçusu Rumıniya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin hücumçusu Rumıniya klubu ilə müqavilə imzalayıb
# 10 avqust 2019 12:50 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Anastasiya Bessonova karyerasını Rumıniyada davam etdirəcək.

APA-nın məlumatına görə, 20 yaşlı hücumçu ölkə çempionu "Alba" ilə danışıqları müsbət yekunlaşdırıb.

"Telekom"un yetirməsi Blaj təmsilçisi ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasına Avropa çempionatı bitdikdən sonra - sentyabrda qoşulacaq.

Qeyd edək ki, "Alba" ötən il heyətində yer alan Azərbaycan millisinin digər hücumçusu Yekaterina Jidkova ilə ölkə çempionu olmaqla yanaşı, Rumıniya kubokunu qazanıb və CEV kubokunda ikinci yeri tutub. Komanda yeni mövsümdə Çempionlar Liqasında oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR