Azərbaycan millisinin oyunçusu Bəyreyn klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin oyunçusu Bəyreyn klubu ilə müqavilə bağlayıb
# 24 sentyabr 2019 17:36 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov karyerasını Bəhreyndə davam etdirəcək.

APA-nın məlumatına görə, 27 yaşlı 4-cü zona oyunçusu “Al Nassr Saudi” klubu ilə anlaşıb.

O, Asiya təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb. 197 sm boya malik hücumçu artıq yeni komandasının düşərgəsinə yollanıb.

Qeyd edək ki, ötən mövsümü İndoneziyanın “Jakarta Pertamina Energi” klubunda oynayan V. Bayramov İran, Türkiyə, Misir və Polşada da legioner həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR