Azərbaycan millisinin oyunçusu Rusiya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin oyunçusu Rusiya klubu ilə müqavilə imzalayıb
# 03 oktyabr 2019 17:15 (UTC +04:00)

Azərbaycan milli komandasının voleybolçusu Kristina Yaqubova karyerasını Rusiyada davam etdirəcək.

APA-nın məlumatına görə, 23 yaşlı toppaylayıcı “Lipetsk” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, A Yüksək Liqasında mübarizə aparacaq komanda ilə 1 illik razılıq əldə edib.

K. Yaqubova “Lipetsk”ədək Azərbaycanın “Rabitə”, “Teleokom” və “Azərreyl”, həmçinin Finlandiyanın “Solo” klublarının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR