Azərbaycan millisinin sabiq hücumçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin sabiq hücumçusu Türkiyə klubuna keçib
# 29 avqust 2019 19:58 (UTC +04:00)

Azərbaycan millisinin sabiq voleybolçusu Yekaterina Jidkova karyerasını Türkiyə davam etdirəcək.

APA-nın məlumatına görə, son mövsümü Rumıniya "Alba"sında oynayan 29 yaşlı hücumçu "Nilüfer Belediyyespor"la anlaşıb.

O, Sultanlar Liqasında qüvvəsini sınayacaq yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ukrayna əsilli oyunçu voleybolçu bir müddət öncə Azərbaycan yığmasının ilkin heyətində yer alsa da, komandanın baş məşqçisi Covanni Kaprara onu Avropa çempionatına aparmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR