Azərbaycan voleybolçuları Gümüş Avropa Liqasında qələbə qazanıb

Azərbaycan voleybolçuları Gümüş Avropa Liqasında qələbə qazanıb
# 29 may 2019 21:41 (UTC +04:00)

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında II turun oyunları keçirilib.

ONA-nın məlumatına görə, tur çərçivəsində Azərbaycan yığması Gürcüstanın qonağı olub.

Görüş Fərid Cəlalovun yetirmələrinin qələbəsi ilə başa çatıb. Voleybolçularımız ilk setdə uduzsa da, ardınca 3 hissəni aktivinə yazıb. Bu, komandamızın ilk qələbəsi olub.

Təmsilçimiz III turda səfərdə Danimarka ilə üz-üzə gələcək.

Gümüş Avropa Liqası
B qrupu
II tur
Gürcüstan - Azərbaycan - 1:3 (25:18, 11:25, 11:25, 17:25)

Hakimlər: Vouter De Baar (Hollandiya), Meryam Pelenk (Türkiyə)
Tbilisi. Yeni Voleybol Arenası

N

Ölkə

O

Q

M

S

T

X

1

Rumıniya

2

2

0

6-1

180-152

6

2

Azərbaycan

2

1

1

4-4

179-162

3

3

Danimarka

2

1

1

3-3

141-134

3

4

Gürcüstan

2

0

2

1-6

116-168

0

Qeyd edək ki, qrupumuzun digər oyununda Rumıniya Danimarkaya 3:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR