Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında V turun oyunlarına start verilib.
APA-nın məlumatına görə, tur çərçivəsində Azərbaycan yığması Gürcüstanı qəbul edib.
Fərid Cəlalovun yetirmələri səfərdə olduğu kimi, bu dəfə qonşu ölkə təmsilçisini məğlub ediblər. Komandamız rəqiblərinə set vermədən qalib gəlib – 3:0.
B qrupunda yer alan komandamız seçmə mərhələnin son - VI turunda evdə Danimarka ilə üz-üzə gələcək. Görüş iyunun 15-də olacaq.
Gümüş Avropa Liqası
B qrupu
V tur
Azərbaycan – Gürcüstan - 3:0 (25:17, 25:8, 25:22)
Hakimlər: Vladimir Kukaşinov (Belarus), Fuad Ağayev (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Rumıniya |
4 |
4 |
0 |
12-2 |
355-281 |
12 |
2 |
Danimarka |
4 |
3 |
1 |
9-3 |
291-227 |
9 |
3 |
Azərbaycan |
5 |
2 |
3 |
8-10 |
397-384 |
6 |
4 |
Gürcüstan |
5 |
0 |
5 |
1-15 |
242-393 |
0 |
Qeyd edək ki, qrupumuzun digər oyununda Danimarka Rumıniya ilə gücünü yoxlayacaq.