Azərbaycan voleybolçuları lisenziya turnirinə "quru hesablı" məğlubiyyətlə başlayıb - FOTOSESSİYA

Azərbaycan voleybolçuları lisenziya turnirinə "quru hesablı" məğlubiyyətlə başlayıb - FOTOSESSİYA
# 02 avqust 2019 01:12 (UTC +04:00)

Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə start verilib.

APA-nın məlumatına görə, dörd illiyin ən möhtəşəm yarışında iştirak üçün Azərbaycan yığması da mübarizəyə qoşulub.

İtaliyalı Covanni Kapraranın rəhbərlik etdiyi komanda D qrupunda ilk qarşılaşmasını Dominikan Respublikasının voleybolçularına qarşı keçirib. Matç milli üçün uğursuz alınıb. Təmsilçimiz rəqibinə "quru hesabla" uduzub - 0:3 (15:25, 22:25, 18:25).

Braziliyanın Uberlandiya şəhərində keçirilən D qrupunun digər matçında ev sahibləri Kamerunla üz-üzə gəlib. Görüş "sambaçılar"ın asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, ikinci turda Azərbaycan Braziliya ilə, Kamerun Dominikan Respublikası ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR