Azərbaycan yığması Avropa çempionatında Estoniyaya qalib gəlib - FOTOSESSİYA

Azərbaycan yığması Avropa çempionatında Estoniyaya qalib gəlib - FOTOSESSİYA
# 28 avqust 2019 19:50 (UTC +04:00)

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi dördüncü görüşünə çıxıb.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri Estoniya ilə güclərini yoxlayıblar. Matç voleybolçularımızın çətin qələbəsi ilə başa çatıb.

İki dəfə hesabda irəli keçən komandamız rəqibini tay-brekdə məğlub etməyi bacarıb. Bu isə millinin daha 1 xal itirməsi ilə nəticələnib. Əvəzində Azərbaycan yığması Avropa çempionatının debütantı olan estoniyalıların tarixinə düşüb. Onlar final mərhələsində ilk xalını məhz təmsilçimizdən alaraq, yarışla vidalaşıblar.

Bu matçdan sonra Azərbaycan voleybolçuları ikinci pilləyə yüksəliblər. Qrupda liderliyi isə Hollandiya təmin edib. Həmçinin oyunlarını başa vuran Estoniyanın sonuncu olması da rəsmiləşib. Digər yerlərin sahibləri bu gün və sabah keçiriləcək görüşlərdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, millimiz son oyununda Rumıniya ilə üz-üzə gələcək. İlk 4 pillənin sahibi 1/8 finala vəsiqə qazanacaq.

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

4

4

0

12-0

300-206

12

2

Azərbaycan

4

3

1

9-7

351-338

7

3

Xorvatiya

4

2

2

8-8

358-346

7

4

Rumıniya

4

2

2

7-8

336-362

6

5

Macarıstan

3

1

2

4-6

227-219

3

6

Estoniya

5

0

5

4-15

360-461

1

Avropa çempionatı
C qrupu
28 avqust
17:30. Azərbaycan – Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)
Hakimlər:
Ozan Çağı Sarıkaya (Türkiyə), Andrey Kovalçuk (Ukrayna)
Budapeşt. Lasso Pappa adına İdman Arenası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR