Azərbaycan yığması Avropa çempionatının 1/4 final mərhələsinə yüksələ bilməyib

Azərbaycan yığması Avropa çempionatının 1/4 final mərhələsinə yüksələ bilməyib
# 01 sentyabr 2019 21:57 (UTC +04:00)

Voleybol üzrə qadınlar arasında Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.

APA-nın məlumatına görə, 1/4 finala gedən yolda C qrupunu ikinci kimi bitirən Azərbaycan milli komandası A qrupunun üçüncüsü olan Bolqarıstanla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığması üçün uğursuz başlayıb. İlk seti 12:25 hesabı ilə uduzan voleybolçularımız ikinci hissədə də zəif təsir bağışlayıblar. Bundan istifadə edən bolqarlar fərqi artırıblar - 2:0.

Komandamız üçüncü hissədə özünə gəlsə də, oyunda dönüş yarada bilməyib. İtaliyalı Covanni Kapraranın başçılıq etdiyini milli 0:3 hesabı ilə uduzaraq, Avropa çempionatı ilə vidalaşıb. Bu məğlubiyyət yığmamızın Avropa Olimpiya Təsnifat Turnirinə gedən yolunu da bağlayıb.

Avropa çempionatı
1/8 final
1 sentyabr
20:30. Azərbaycan - Bolqarıstan - 0:3 (12:25, 16:25, 23:25)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Filipp Şürmann (Lixtenşteyn)
Budapeşt. Lasso Pappa adına İdman Arenası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR