Azərbaycan yığması Çinə 9 top fərqilə uduzub

Azərbaycan yığması Çinə 9 top fərqilə uduzub
# 13 iyun 2019 12:07 (UTC +04:00)

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatında V tura start verilib.

APA-nın məlumatına görə, Tbilisidə keçirilən yarışın qrup mərhələsinin son günü Azərbaycan yığmasının oyunu ilə başlayıb.

A qrupunda yer alan həndbolçularımız Çinlə üz-üzə gəlib. Oyun asiyalıların 35:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə təmsilçimiz qrupda 5-ci olub və 9-12-ci yerlər uğrunda mübarizəni davam etdirəcək. Onların rəqibi B qrupunun İrlandiya – Malta qarşılaşmasında dəqiqləşəcək.

Qeyd edək ki, aktivində 2 xalı olan həndbolçularımız Çindən öncə Hindistana qalib gəlib, Kolumbiya, Böyük Britaniyaya və Kuba məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR