Azərbaycan yığmasının Avropa çempionatında Bolqarıstanla oyununun vaxtı açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatında Bolqarıstanla oyununun vaxtı açıqlanıb
# 30 avqust 2019 11:37 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla oyununun başlama saatı açıqlanıb.

APA-nın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüş sentyabrın 1-də təşkil olunacaq.

Lasso Pappa adına İdman Arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, 1/8 finalda Hollandiya - Yunanıstan, Azərbaycan - Bolqarıstan cütləri Budapeştdə, Serbiya - Rumıniya, Türkiyə - Xorvatiya oyunları Ankarada, Polşa – İspaniya, Almaniya – Sloveniya matçları Lodzda, Rusiya – Belçika, İtaliya – Slovakiya qarşılaşmaları Bratislavada baş tutacaq. Bütün oyunlar sentyabrın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR