Azərbaycan yığmasının baş məşqçisi: " Komandamızda əsas çətinlik top qəbulundadır"

Azərbaycan yığmasının baş məşqçisi: " Komandamızda əsas çətinlik top qəbulundadır"
# 08 iyun 2019 21:22 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara Qızıl Avropa Liqasının qrup mərhələsində Belarusa məğlubiyyəti şərh edib.

APA-nın məlumatına görə, italiyalı mütəxəssis 1:3 hesabı ilə uduzduqları matçda rəqibin səhvlərimizdən yararlandığını deyib.

O bildirib ki, əsas problem müdafiədədir: "Top qəbulunda çox səhvlərə yol verdik. Son hissədə məğlub olmağımıza məyus oldum. Dördüncü setin sonlarında da müdafiədə səhvlərə yol verdik. Hücumda yüksək toplar oynadığımız zaman problem yaşadıq. Oyun qurucumuzun çıxışından razıyam. Komandamızda əsas çətinlik top qəbulundadır".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ardıcıl 4-cü dəfə məğlub olub. Aktivində 1 xalı olan komandamız C qrupunda sonuncu yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR