Azərbaycan yığmasının qrupunda mübarizə başa çatıb, 1/8 final cütləri bəlli olub

Azərbaycan yığmasının qrupunda mübarizə başa çatıb, 1/8 final cütləri bəlli olub
# 30 avqust 2019 00:51 (UTC +04:00)

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı C qrupunun oyunları başa çatıb.

Macarıstanda keçirilən qrup matçlarına meydan sahiblərinin görüşü ilə yekun vurulub. Bütün qarşılaşmalarda quru hesablı qələbə qazanaraq qrup birinciliyini təmin edən Hollandiya ev sahiblərinə də rəhm etməyib. 1/8 finala vəsiqə üçün “narıncılar”ı məğlub etməli olan macarlar üç setdə uduzublar – 0:3 (17:25, 13:25, 15:25).

Bu, Rumıniyaya 4-cü yeri tutaraq 1/8 finala yüksəlmək imkanı verib. Onlar qrupda ilk üç yeri tutan Hollandiya, Azərbaycan və Xorvatiya ilə birlikdə mübarizəni davam etdirəcəklər. Macarıstan isə Estoniya kimi mübarizəni dayandırıb.

Qeyd edək ki, artıq 1/8 finaldakı rəqibləri dəqiqləşib. Hollandiya - Yunanıstan, Azərbaycan - Bolqarıstan cütləri Budapeştdə, Serbiya - Rumıniya, Türkiyə - Xorvatiya oyunları Ankarada, Polşa – İspaniya, Almaniya – Sloveniya matçları Lodzda, Rusiya – Belçika, İtaliya – Slovakiya qarşılaşmaları Bratislavada baş tutacaq. Bütün oyunlar sentyabrın 1-də keçiriləcək.

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

5

5

0

15-0

375-251

15

2

Azərbaycan

5

4

1

12-7

426-388

10

2

Xorvatiya

5

3

2

11-8

443-422

10

4

Rumıniya

5

2

3

7-11

386-437

6

5

Macarıstan

5

1

4

4-12

348-379

3

6

Estoniya

5

0

5

4-15

360-461

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR