Azərbaycanlı hakim dünya və Avropa çempionatlarına təyinat alıb

Azərbaycanlı hakim dünya və Avropa çempionatlarına təyinat alıb
  • Clock-gray 13:29
  • calendar-gray 14 Avqust 2019

Azərbaycanlı voleybol hakimi Eldar Zülfüqarov növbəti təyinat alıb. 

APA-nın məlumatına görə, həmyerlimiz avqustun 21-30-da Tunisdə 19 yaşadək oğlan voleybolçular arasında keçiriləcək dünya çempionatında referilər siyahısına daxil edilib. 

FİVB kimi, CEV də Eldar Zülfüqarova etimad göstərib. O, mundialın ardınca Avropa çempionatında ədaləti qoruyacaq. Beynəlxalq dərəcəyə sahib olan təmsilçimiz Belçika, Fransa, Hollandiya və Sloveniyanın birgə ev sahibliyi edəcəyi kişilər arasında AVRO-2019-da da hakimlik edəcək. 

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 13-29-da olacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date