Bakı-2019: Azərbaycan basketbolçuları Xorvatiyaya qalib gəlib - FOTOSESSİYA

Bakı-2019: Azərbaycan basketbolçuları Xorvatiyaya qalib gəlib - FOTOSESSİYA
# 24 iyul 2019 23:14 (UTC +04:00)

Basketbolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, millimiz A qrupunda III turun görüşünə çıxıb.

Komandamız Xorvatiya ilə görüşüb. Yığmamız basketbol ənənələrinə malik rəqibi üzərində inamlı qələbəni əlavə vaxtda qazanıb – 58:54 (12:15, 16:6, 13:23, 13:10, 4:0).

Qrupumuzun digər matçında Serbiya Fransa ilə üz-üzə gəlib. Balkanlılar 90:45 hesablı qələbə qazanıblar.

Bununla da A qrupunda Serbiya 1-ci, Fransa 2-ci yerlə yarımfinala yüksəlib. 3-cü olan Azərbaycan və qrup sonuncusu Xorvatiya 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yığmamız iyulun 26-da digər qrupun dördüncüsü Yunanıstanla görüşəcək.

yer

ölkələr

O

Q

M

T

X

1

Serbiya

3

3

0

269-141

6

2

Fransa

3

2

1

174-191

5

3

Azərbaycan

3

1

2

142-184

4

4

Xorvatiya

3

0

3

167-236

3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR