Bakı klubu “Karpatı”ya 12 top fərqilə qalib gəlib

Bakı klubu “Karpatı”ya 12 top fərqilə qalib gəlib
# 04 sentyabr 2019 13:41 (UTC +04:00)

Qadın həndbolçulardan ibarət “Azəryol” komandası təlim-məşq toplanışlarını davam etdirir.

APA-nın məlumatına görə, Bakı klubu hazırlığın ilk günü Ukraynanın “Karpatı” komandası ilə yoxlama matçında qüvvələrini sınayıb.

Ujqorod şəhərində keçirilən görüş “Azəryol”un 38:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Azəryol” EHF kubokunda oynayacaq. Azərbaycanı bu turnirdə təmsil edəcək komanda I təsnifat mərhələsində Ukraynanın “Qaliçanka” klubu ilə üz-üzə gələcək. Matçla sentyabrın 7-də və 8-də Lvovda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR