Bakıda səfərdə olan ABŞ-ın idman elçiləri Basketbol Turnirinə qatılıblar

Bakıda səfərdə olan ABŞ-ın idman elçiləri Basketbol Turnirinə qatılıblar
# 21 iyun 2019 12:20 (UTC +04:00)

Azərbaycana səfəri çərçivəsində ABŞ Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbo bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Gənclərin Həmrəylik Basketbol Turnirinə qatılıblar.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan səfər çərçivəsində ölkəmizə gələn idman elçiləri tələbələrlə görüşərək öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, İdman elçilərinin Azərbaycana səfəri iyunun 16-da başlayıb və iyunun 24-dək davam edəcək. 21-23 iyunda 110 gəncin iştirak etdiyi Gənclərin Həmrəylik Basketbol Turniri ərzində məşqçilər iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında müzakirələr aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR