Braziliyalı oyunçu: "Azərbaycanla görüşün asan keçəcəyini ağlımıza da gətirmirdik"

Braziliyalı oyunçu: "Azərbaycanla görüşün asan keçəcəyini ağlımıza da gətirmirdik"
  • Clock-gray 17:51
  • calendar-gray 03 Avqust 2019

“Azərbaycanla oyun çox ağır keçdi. Rəqib həqiqətən də top qəbulunda çox güclü idi”.

APA-nın məlumatına görə, bunu Braziliya millisinin voleybolçusu Qabiriela Braqa Gimaraynş deyib.

Qadınlardan ibarət voleybol komandaları arasında Olimpiya təsnifat turnirinin ikinci turunda Azərbaycan millisini 3:2 hesabı ilə yenən cənubi amerikalıların hücumçusu görüş barədə danışıb. Komandasının bombardiri bildirib ki, oyunu qələbə ilə başa vurmalarında azarkeş rolu da vacib olub: “Biz oyun boyu orta blokçulardan istifadə etməli olduq. Mara da oyuna yaxşı döndü. Nəticədə biz matçı uğurla başa vurduq”.

Braziliyalıların blokçusu Mara Ferreyra Leao da qarşılaşmanı dəyərləndirib: “Biz görüşün asan keçəcəyini heç vaxt ağlımıza da gətirmirdik. Elə belə də oldu. Matç çox çətin alındı. Qəbuldakı oyunumuzu qaydasına saldıqdan sonra daha yaxşı çıxış etməyə başladıq. Ardıcıl bir neçə hücumum uğurlu alındı. Bu da özünəinam qazanmaq və toppaylayıcımız üçün yeni imkanlar yaranması üçün yaxşı oldu”.

Qeyd edək ki, Azərbaycan matçın gedişində 2:1 hesabı ilə öndə olsa da, yekunda məğlub olub. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date