“Challenge Cup”da sonuncu Azərbaycan klubu 1/32 finaldan mübarizəyə başlayacaq 

“Challenge Cup”da sonuncu Azərbaycan klubu 1/32 finaldan mübarizəyə başlayacaq 
# 09 iyul 2019 16:55 (UTC +04:00)

Həndbol üzrə “Challenge Cup”da çıxış edəcək klubların siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, 2019/20 mövsümündə bu turnirdə 49 kişi və 27 qadın komandası mübarizə aparacaq.

Azərbaycan yalnız kişilərin yarışında təmsil olunacaq. Ölkəmizin “Məhsul” klubu “Challenge Cup”da qüvvəsini sınayacaq.

Təmsilçimiz 2-ci raund adlanan 1/32 finaldan mübarizəyə başlayacaq. Bu mərhələdə 34 klub iştirak edəcək. Püşkatma mərasimi iyulun 16-da baş tutacaq. Raundun ilk görüşləri oktyabrın 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Qeyd edək ki, 2019/20 mövsümündə “Challenge Cup” sonuncu dəfə təşkil olunacaq. 2020/21 mövsümündən yarış EHF kuboku adlanacaq. İndiki EHF kuboku isə Avropa Liqasına çevriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR