Malta Azərbaycan yığmasına rəqib olub

Malta Azərbaycan yığmasına rəqib olub
# 14 iyun 2019 10:49 (UTC +04:00)

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatında qrup mərhələsinin oyunlar başa çatıb.

APA-nın məlumatına görə, Tbilisidə keçirilən yarışın son günü 6 qarşılaşma baş tutub.

V turun yekununa əsasən Azərbaycan millisinin yer aldığı A qrupunda Kuba yarımfinala lider kimi yüksəlib. 5 matçdan 4-də məğlub olan təmsilçimiz isə qrup mərhələsini 5-ci yerdə bitirib.

Mübarizəni 9-12-ci yerlər uğrunda davam etdirəcək komandamız ilk olaraq, digər qrupun sonuncusu Malta ilə üz-üzə gələcək. B qrupunda isə ev sahibləri birinci olub.

Beləliklə, yarımfinalda Kuba Bolqarıstanla, Gürcüstan Böyük Britaniya ilə qarşılaşacaq. 5-8-ci yerlər uğrunda görüşlərdə Çin, Nigeriya, ABŞ və Kolumbiya, 9-12-ci yerlər uğrunda matçlarda isə Azərbaycan və Malta ilə yanaşı, İrlandiya və Hindistan qüvvəsini sınayacaq.

Oyunlar sabah keçiriləcək.

Qeyd edək ki, çempion Avropa çempionatında iştirak hüququ qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR