Maurusio Sarri: "Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik"

Maurusio Sarri: "Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik"
# 30 may 2019 02:28 (UTC +04:00)

“Çox məmnunam. Mükafat azarkeşlər üçün də önəmlidir. Bizim üçün də çox vacibdir. Hesab edirik ki, biz bu qələbəyə layiq idik".

ONA-nın məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Maurisio Sarri deyib.

İtaliyalı məşqçi Avropa Liqasının Bakıda keçirilən final oyunundan "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikdən sonra sonra jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, yanvar və fevral aylarında problemlər yaşasalar da, buna yaxşı reaksiya verib və ÇL-ə vəsiqə qazanıblar: "Ardından Liqa Kubokunda finala çıxdıq, Avropa Liqasında isə 15 oyun oynadıq və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir. Oyunçularım üçün çox məmnunam”.

M. Sarri ikinci hissədən sonra fərqli oyun nümayiş etdirmələrinin səbəbini də açıqlayıb: "Oyun bizim üçün çətin başlamışdı. Futbolçularımdan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. “Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik".

O, Eden Azarın komandadan ayrılacağı və özünün gələcək karyerası barədə də danışıb: "Azar möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden “Çelsi”dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün, və ya klub mənim üçün nə edə bilər? Davam edən müqaviləm var. Siz gözəl bilirsiniz ki, Premyer Liqada yarış səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR