Natalya Məmmədova Çin Superliqasına 22 xalla başlayıb

Natalya Məmmədova Çin Superliqasına 22 xalla başlayıb
# 04 noyabr 2019 13:05 (UTC +04:00)

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova Çin Superliqasında debüt edib.

APA-nın məlumatına görə, 35 yaşlı hücumçu ötən ay transfer olduğu “Liaoninq”in heyətində ilk matçını keçirib.

Onun komandası “Yun Nan Univercity” ilə qarşılaşıb və 3:1 (22:25, 25:15, 25:12, 25:13) hesabı ilə qələbə qazanıb. N. Məmmədova debüt görüşündə 22 xal qazanmaqla, matçın ən məhsuldar voleybolçusu olub.

Qeyd edək ki, Çin Superliqasında 14 komanda 4 qrupda mübarizə aparır. “Liaoninq” D qrupunda “Yun Nan Univercity” yanaşı, “Jianqsu” və “Siçuan” klubları ilə qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR