Odina Əliyeva: "Avropa çempionatında iki il öncəki nəticəni təkrarlamaq istəyirik"

Odina Əliyeva: "Avropa çempionatında iki il öncəki nəticəni təkrarlamaq istəyirik"
# 23 avqust 2019 01:21 (UTC +04:00)

“Avropa çempionatında ən azı iki il öncə qazandığımız nəticəni təkrarlamaq istəyirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.

Yığmanın kapitanı bu gün start götürəcək Avropa çempionatı üçün əsas hədəfini açıqlayıb. O.Bayramova bildirib ki, komandamız özünün ən yaxşı nəticəsini təkrarlayaraq yarımfinalda oynamaq arzusundadır: “Həmin vaxt doğma divarlar arasında dördüncü yeri tutmuşduq. Komandamızda əla ab-hava var. Vahid kollektiv kimi birləşmişik. Məşqçimiz də turnir zamanı bizə çox kömək edə bilər”.

Qeyd edək ki, millimiz AÇ-2005 və AÇ-2017-də dördüncü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR