UEFA Bakıda Höteborqu Çempionlar Liqasının ev sahibi seçib

UEFA Bakıda Höteborqu Çempionlar Liqasının ev sahibi seçib
# 29 may 2019 18:55 (UTC +04:00)

Qadınlar arasında Çempionlar Liqasının 2020/2021 mövsümünün meydan sahibi müəyyənləşib.

ONA-nın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Bakıdakı iclasında verilib.

2021-ci ildə həlledici matça İsveç ev sahibliyi edəcək. Final görüşü Höteborqun “Qamla Ullevi” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Höteborq yeganə namizəd olub və ev sahibliyi Bakıda təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR