Vahid Orazsahedov: “Səbail”də özümə inam hiss etmirdim”

Vahid Orazsahedov: “Səbail”də özümə inam hiss etmirdim”
# 15 iyul 2019 12:08 (UTC +04:00)

“Belarusun “Smoleviçi” klubu ilə müqavilənin bəzi detallarında anlaşa bilmədik. Aşqabada qayıtdıqdan sonra vaxtilə Türkmənistan yığmasının məşhur futbolçusu olmuş Nazar Bayramovla əlaqə saxladım”.

APA-nın məlumatına görə, bunu Bakının “Səbail” klubunun sabiq futbolçusu Vahid Orazsahedov deyib.

Türkmənistan milli komandasının hücumçusu vətənində verdiyi müsahibədə Azərbaycan karyerası barədə danışıb. 27 yaşlı hücumçu 2018-ci ilin ilk yarısında çıxış etdiyi “Səbail”ə keçidi və paytaxt təmsilçisində möhkəmlənə bilməməsinin səbəbini açıqlayıb: “Nazar Bayramov hələ Belarusa getməzdən öncə mənə Azərbaycanın “Səbail” klubuna keçməyi təklif etmişdi. Onun dostu Samir Əliyev həmin vaxt bu klubun məşqçisi idi. Minskdən döndükdən sonra iki günə vizanı həll etdim və Azərbaycana yollandım. Öncədən necə olacağını bilmirdim. Buna görə də yarım illik müqavilə bağladım. Hərçənd onlar bir illik anlaşma təklif edirdilər. Lakin mənimki orada alınmadı. Hətta böyük futbolçularda da belə olur ki, yeni klubda oyunu alınmır. Həmin vaxt “Səbail”də daha bir türkmənistanlı Elman Taqayev də çıxış edirdi. Düzdür, bəzi oyunlarda şans qazanırdım. Amma özümə inam hiss etmirdim. Bundan sonra “Altın Asır”a keçdim”.

Qeyd edək ki, Vahid Orazsahedov hazırda Qırğızıstanın “Dordoy” klubunda oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR