Voleybol Avropa Oyunlarının proqramına qaytarılır

Voleybol Avropa Oyunlarının proqramına qaytarılır
  • Clock-gray 11:05
  • calendar-gray 26 Sentyabr 2019

Avropa Oyunlarının proqramında dəyişiklik ediləcək.

APA-nın məlumatına görə, voleybol və çimərlik voleybolu qitə miqyaslı multiidman yarışlarının proqramına daxil olacaq.

Bu, Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Koçançiç və Avropa Voleybol Konfederasiyasının rəhbəri Aleksandr Boriçiç arasında görüş zamanı razılaşdırılıb. Tərəflər hər iki idman növünün Avropa Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı və Avropa Kiçik Ölkələrin Oyunlarının proqramında olmasını istəyiblər.

2015-ci ildə Bakıda keçirilən ilk yarış zamanı voleybol və çimərlik voleybolunda da qaliblər müəyyənləşib. Amma 2019-cu ildə Belarusun paytaxtı Minskdə bu növlər proqramdan kənarda qalıb.

Qeyd edək ki, III Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date