Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının hazırlığını Sloveniyada keçəcək

Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının hazırlığını Sloveniyada keçəcək
  • Clock-gray 15:29
  • calendar-gray 08 Avqust 2019

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının hazırlıqlarına başlayacağı tarix dəqiqləşib. 

APA-nın məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirakdan sonra istirahətə buraxılan komanda avqustun 14-də bir araya gələcək. 

Yığmamız həmin gün təlim-məşq toplanışı üçün Sloveniyaya yollanacaq. Voleybolçularımız Mariborda yerli komanda və digərləri ilə yoxlama görüşləri də keçirəcək. 

Avropa çempionatına hazırlığı Sloveniyada keçəcək təmsilçimiz yarışa da bu ölkədən yollanacaq. 

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date