Xorvatiya millisinin baş məşqçisi: “Azərbaycan yığmasını dünyanın ən yaxşı məşqçilərindən biri çalışdırır”

Xorvatiya millisinin baş məşqçisi: “Azərbaycan yığmasını dünyanın ən yaxşı məşqçilərindən biri çalışdırır”
# 23 avqust 2019 11:44 (UTC +04:00)

“Avropa çempionatının final mərhələsində oynamağımız sevindiricidir”.

APA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Xorvatiya millisinin baş məşqçisi Daniele Santarelli deyib.

Təcrübəli mütəxəssis ilk dəfə dörd ölkənin ev sahibliyi etdiyi Avropa çempionatının startı ərəfəsində fikirlərini açıqlayıb. Qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlıların çalışdırıcısı ilk turda qarşılaşacaqları millimiz barədə də qısa danışıb. O, yığmamıza rəhbərlik edən italiyalı mütəxəssis Covanni Kapraranı planetin ən yaxşılarından hesab edir: “Çempionatdakı ilk rəqibimiz Azərbaycan yığmasıdır. Bu komandanı dünyanın ən yaxşı məşqçilərindən biri çalışdırır. Ona görə də yarışa qələbə ilə başlamaq çox çətin olacaq”.

Qeyd edək ki, Macarıstanda keçiriləcək Azərbaycan – Xorvatiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR