AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub

AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli olub
# 12 sentyabr 2022 10:25 (UTC +04:00)

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, AVRO-2023-də 24 komanda mübarizə aparacaq.

Dörd yığmanın meydan sahibi, səkkizinin isə AVRO-2021-in nəticələrinə görə birbaşa vəsiqə qazandığı yarışın 12 iştirakçısı seçmə mərhələdə bəlli olub. Seçmə mərhələnin altı qrupunun hərəsindən iki komanda, o cümlədən Azərbaycan millisi AVRO-2023-ə yüksəlib.

Meydan sahibləri: Belçika, Estoniya, İtaliya, Almaniya
AVRO-2021-dən vəsiqə qazananlar: Serbiya, Türkiyə, Niderland, Polşa, Rusiya, Fransa, İsveç, Bolqarıstan
A seçmə qrupu: Rumıniya, Xorvatiya
B seçmə qrupu: Çexiya, Finlandiya
C seçmə qrupu: Ukrayna, Macarıstan
D seçmə qrupu: Sloveniya, Azərbaycan
E seçmə qrupu: Slovakiya, İspaniya
F seçmə qrupu: Bosniya və Herseqovina, Yunanıstan

Qeyd edək ki, bütün yarışlardan kənarlaşdırılan Rusiya yığmasının qazandığı birbaşa vəsiqənin taleyinə hələ tam aydınlıq gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR