Avrokubokda Azərbaycan klublarının rəqibi bəlli olub

Avrokubokda Azərbaycan klublarının rəqibi bəlli olub
# 28 iyun 2022 16:32 (UTC +04:00)

Voleybol üzrə avrokubokların püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək iki klubun rəqibi də dəqiqləşib.

Kişilər arasında Azərbaycan çempionu “Murov” mübarizə aparacağı Çelenc kubokuna 1-ci mərhələdən başlayacaq. Təmsilçimiz Xorvatiyanın “Kitro Varazdin” klubu ilə görüşəcək.

Oyunlar oktyabrın 11-13-də və 18-20-də keçiriləcək. Ölkə çempionu ilk sınağına səfərdə çıxacaq.

Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu mübarizəyə 1/32 finaldan başlayacaq. Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.

Burada ilk matçlar noyabrın 22-24-də, cavab qarşılaşmaları noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Azərbaycan vitse-çempionu turnirə səfərdə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR