Azərbaycan Avropa Liqasından kənar qalıb

Azərbaycan Avropa Liqasından kənar qalıb
# 14 dekabr 2022 17:07 (UTC +04:00)

Voleybol üzrə Azərbaycan milli komandaları Avropa Liqasında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınların yarışında mübarizə aparacaq komandaların siyahısını açıqlayıb.

Ümumilikdə 22 ölkənin təmsilçiləri Qızıl və Gümüş Avropa Liqasında qüvvəsini sınayacaq. Azərbaycan milliləri yarış iştirakçıları arasında yer almayıb.

Qeyd edək ki, 2022-ci ildə qadın millimiz Qızıl Avropa Liqasında, kişilər isə Gümüş Avropa Liqasında mübarizə aparmalı idi. Lakin hər iki komandamız yarışa qatılmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR