Azərbaycan – Danimarka oyununun hakimləri müəyyənləşib

Azərbaycan – Danimarka oyununun hakimləri müəyyənləşib
# 16 sentyabr 2021 13:06 (UTC +04:00)


Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Danimarka ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Zuzana Valentova qoruyacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova köməklik edəcək. 4-cü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Danirmarka oyunu sentyabrın 21-də Bakıdakı "ASK Arena"da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR