Azərbaycan – Ermənistan oyununun vaxtı açıqlanıb

Azərbaycan – Ermənistan oyununun vaxtı açıqlanıb
# 20 iyun 2022 17:48 (UTC +04:00)

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda oyunların təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, San-Marinodakı turnirdə 10 komanda iki qrupda mübarizə aparacaq.

B qrupunda yer alan Azərbaycan yığmasının Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldova ilə görüşlərinin tarixi və başlama saatı dəqiqləşib. İlk turu buraxacaq çempionata iyulun 25-də başlayacaq.

Öncə Lüksemburq, ardınca Cəbəllütariqı sınağa çəkəcək komandamız IV turda Ermənistanla qarşılaşacaq. Serravalle şəhərindəki qrup mərhələsində son rəqib Moldova olacaq.

Hər qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək. A qrupunda Monako, Malta, San-Marino, Albaniya və Andorra mübarizə aparacaq.

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatı
C divizionu
B qrupu
II tur, 25 iyul

14:30. Azərbaycan – Lüksemburq
III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan
IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan
V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR