Azərbaycan millisi FİBA reytinqində geriləyib

Azərbaycan millisi FİBA reytinqində geriləyib
# 09 mart 2023 11:45 (UTC +04:00)

Basketbol üzrə milli komandaların FİBA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmaların siyahısında dünyanın 161 komandası yer alıb.

Azərbaycan millisi 78,5 xalla planetin 113-cüsüdür. Komandamız ötən reytinqlə müqayisədə bir addım geriləyib. Millimiz Avropada 44-cü yerdədir.

Qadınların cədvəlində planetin 118 komandası yer alıb. Azərbaycan millisi bu siyahıya daxil edilməyib. Buna komandamızın fəaliyyətsizliyi səbəb olub. Uzun müddətdir rəsmi matçlarda iştirak etmədiyi üçün ötən ilin oktyabrında reytinqdən çıxarılan yığmamız hələ də “qış yuxusu”ndan ayılmayıb.

Qeyd edək ki, kişilərin reytinqinə İspaniya (758,3), ABŞ (757,2) və Avstraliya (740,2) başçılıq edir. Qadınların cədvəlində isə ABŞ (848,8), Çin (676,5) və Avstraliya (668,3) ilk “üçlük”də qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR