Azərbaycan millisi Sloveniyaya qalib gəlib, Avropa çempionatına yollanır

Azərbaycan millisi Sloveniyaya qalib gəlib, Avropa çempionatına yollanır
# 21 avqust 2019 09:35 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

APA-nın məlumatına görə, Sloveniyada Avropa çempionatına hazırlaşan komandamız yerli yığma ilə ikinci dəfə üz-üzə gəlib.

İlk matçda 3:0 hesabı ilə qalib gələn millimiz yenə meydandan qələbə ilə ayrılıb. Covanni Kapraranın yetirmələri sloveniyalıları bu dəfə 3:2 (23:25, 25:22, 25:20, 22:25, 25:20) hesabı ilə məğlub ediblər.

Komandamız bununla da Avropa çempionatına hazırlığı başa vurub. Voleybolçularımız bu gün Avropa çempionatı üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqlar.

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR