Azərbaycan millisinin sabiq hücumçusu Vyetnamda oynayacaq

Azərbaycan millisinin sabiq hücumçusu Vyetnamda oynayacaq
# 20 iyun 2022 15:35 (UTC +04:00)

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu Vyetnam liqasında çıxış edəcək.

O, bu ölkənin “Geleximco Thai Binh” klubuna keçib. Rəhimovanın Asiya təmsilçisindəki çıxışı qısamüddətli olacaq.

Ötən mövsüm İtaliyanın “Kasalmaggiore” klubunda oynayan Polina 2022/23 mövsümü üçün Türkiyə təmsilçisi “Kuzeyboru” ilə müqavilə bağlayıb. Aparıcı liqalarda yay fasiləsi olduğu dövrdə Vyetnamda oynayacaq hücumçu yeni mövsümə “Kuzeyboru”da başlayacaq.

Qeyd edək ki, Polina bunadək “Azərreyl”, “Azəryol”, “Hyundai”, “Toyota”, “Sesi”, “Fənərbaxça”, “Türk Hava Yolları” və “Kasalmaggiore” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR