Azərbaycan millisinin voleybolçusu Rumıniya klubuna keçib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubuna keçib
# 06 sentyabr 2022 13:05 (UTC +04:00)

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Rubanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu karyerasını Rumıniyada davam etdirəcək.

Ötən mövsüm Türkiyədə “Bolu Bələdiyyəspor”da çıxış edən Ruban Diviziya A1-də mübarizə aparan “Luqoj”a keçib. Serbiyalı Sara Lozoya kompensasiya verərək müqaviləni pozan Rumıniya klubu voleybolçumuzu onun əvəzinə heyətinə qatıb.

“Luqoj” ötən il Diviziya A1-də 5-ci yeri tutub. Komanda kubokda mübarizəni 1/4 finalda dayandırıb. Rubanın komandası yeni mövsümdə 4 cəbhədə mübarizə aparacaq. Məşqlərə yeni start verən “Luqoj” Çelenc kubokunda, ölkə çempionatı, kuboku və Superkubokunda qüvvəsini sınayacaq. Diviziya A1 oktyabrın sonunda start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR