Azərbaycan voleybolçuları Macarıstanda beynəlxalq turnirə qatılacaq

Azərbaycan voleybolçuları Macarıstanda beynəlxalq turnirə qatılacaq
# 02 avqust 2021 10:10 (UTC +04:00)

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə gücünü yoxlayacaq.

Apasport.az saytının məlumatına görə, Yunanıstanda təlim-məşq toplanışını başa vuran yığmamız “Savaria” adlı yarışın oyunlarını 2 gün əvvəl yollandığı Macarıstanda keçirəcək.

Turnirdə Vüqar Əliyevin baş məşqçisi olduğu komandamızla yanaşı, ev sahibləri, Niderland və Çexiya milliləri mübarizə aparacaq. Dairəvi sistemlə təşkil olunacaq yarış avqustun 5-7-də olacaq. İlk gündə Macarıstanla qüvvəsini sınayacaq voleybolçularımız ertəsi gün Niderlandı sınağa çəkəcək. Avqustun 7-də isə rəqib Çexiya olacaq.

Qeyd edək ki, Yunanıstanda yerli yığma ilə 3 görüş keçirən komandamız yalnız birində qələbəyə sevinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR