Azərbaycan Yüksək Liqasında mükafatçılar müəyyənləşib

Azərbaycan Yüksək Liqasında mükafatçılar müəyyənləşib
# 18 aprel 2022 15:35 (UTC +04:00)

Kişi voleybolçular arasında Yüksək Liqada bütün mükafatçılar bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna XIX turun ilk iki seti aydınlıq gətirib.

Günün açılış matçında “Sərhədçi” ilə görüşən “Murov” ilk iki seti qazanmaqla ən azı 1 xalı təmin edib. “Murov” Voleybol Klubunun idman zalında əldə olunan bu xal çempionluq üçün yetərli olub.

Çünki xal sayını 39-a çatdıran komanda izləyicisi üçün əlçatmazdır. “Ekspress”lə qarşılaşacaq “Neftçi” həm bu gün, həm son turda quru hesabla qalib gəlsə də, “Murov”a çata bilməyəcək.

Bu isə o deməkdir ki, ilk oyunun iki seti bitdikdən sonra “ağ-qaralar”ın gümüş qazanması da rəsmiləşib. Bu turda istirahət edən MOİK isə öncədən bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycan çempionatında 5 komanda 4 dövrədə mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR